Budapeştdə keçirilən şahmat üzrə yaz festivalına yekun vurulub
Budapeştdə keçirilən şahmat üzrə yaz festivalı başa çatıb.

Turnirin qalibi 9 turdan 7 xal yığan rusiyalı Artyom Timofeyev olub. Liderdən bir xal geri qalan şahmatçımız Vüqar Əsədli turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Digər təmsilçilərimiz Nail Bəşirli 5,5, Zaur Bayramov 5 xal toplayıblar.

Yaz festivalında 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparıb.

Xəbər 917 dəfə oxundu.