Mərakeşdə Karate 1 Premyer Liqa turnirdə Azərbaycanı 14 idmançı təmsil edəcək
Aprelin 19-da Mərakeşin paytaxtı Rabatda Karate 1 Premyer Liqa seriyasından turnir start götürəcək. Aprelin 21-dək davam edəcək nüfuzlu yarışda Azərbaycanı 14 idmançı təmsil edəcək.

Kişilərdən ibarət yığma komandamızın heyətində Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (84 kq-dan yuxarı) yer alıblar. Qadınlar arasında yarışlarda Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizə aparacaqlar. Roman Heydərov isə kata üzrə yarışda qüvvəsini sınayacaq.

Karate 1 Premyer Liqa turnirinin Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq.

Xəbər 1103 dəfə oxundu.