Rusiya yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində ən güclü cüdoçularla çıxış edəcək
Rusiya yığması mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində ən güclü cüdoçularla çıxış edəcək.

Dünya reytinq cədvəlində ikinci pillədə qərarlaşan Rusiya turnirdə yarısı kişi olmaqla 28 cüdoçu ilə təmsil olunacaq. Bakı tatamisində Rusiya yığma komandasının ən titullu cüdoçuları mübarizə aparacaqlar. Belə ki, Olimpiya çempionu Beslan Mudranov, həmçinin bir sıra nüfuzlu turnirlərin qalib və mükafatçıları “Böyük dəbilqə”də qüvvələrini sınayacaqlar.

İndiyədək 60 ölkə (500-dən çox cüdoçu) Bakı turnirinə qatılacağını təsdiqləyib.

Xəbər 861 dəfə oxundu.