Akrobatika gimnastlarımız Belçikada güclərini sınayıblar
Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku yarışları yekunlaşıb.

18 ölkədən gimnastların iştirak etdiyi yarışda Azərbaycan idmançıları qarışıq və kişi cütlüyü proqramında təmsil olunublar.

Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət cütlüyümüz final mərhələsində 21.320 xalla 8-ci yerdə qərarlaşıb. Seymur Cəfərov və Murad Əkpərov cütlüyü isə yarışları 13-cü yerdə bitiriblər.

Dünya kuboku yarışları ilə paralel keçirilən beynəlxalq yarışda qadın üçlüyümüz çıxış edib. Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə turnirdə 28-ci yerdə qərarlaşıblar.

Xəbər 807 dəfə oxundu.