Astaralı məktəblilər “Sərhəd” hərbi idman oyunlarının zona birinciliyində qalib gəliblər
Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Sərhəd” hərbi idman oyunlarının zona birinciliyi başa çatıb.

Yarışda Lənkəran, Astara və Lerik rayonlarını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıblar.

Zona birinciliyində komandalar “Sıra hazırlığı”, “Süni nəzarət iz zolağının yaradılması”, “Kəndir dartma”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Maneələrin dəf olunması”, ”Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi” mərhələlərində qüvvə və bacarıqlarını sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən, Astara şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci yerə sahib olaraq, iyun ayında “Sərhəd” hərbi idman oyunlarının respublika final mərhələsində iştirak etmək hüququ qazanıb.

Xəbər 667 dəfə oxundu.