“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirində seçmə yarışları başa çatıb | |
Bakıda “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə yaşı 21-dək (U-21) olan gənc cüdoçulardan ibarət komandalar arasında üçüncü “Raquf Orucov Kuboku” beynəlxalq turniri davam edir. Turnirin seçmə mərhələsi artıq başa çatıb. Azərbaycanın “Judo Club-1” komandası və Gürcüstan yığması bütün rəqiblərinə qalıb gələrək finala çıxıblar. Bürünc mükafat uğrunda isə Azərbaycanın digər komandası “Judo Club-2”, Qroznı, Mahaçqala və Dərbənd (hər üçü Rusiya) yığmaları mübarizə aparacaqlar. Bu gün, həmçinin turnirin rəsmi açılşı, final görüşləri və mükafatlandırma mərasimi olacaq. Qeyd edək ki, yarışda Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan ümumilikdə 17 komanda iştirak edir. |
|
Xəbər 1049 dəfə oxundu. |
|
|