Şahmat üzrə yaz festivalında sonuncu turun oyunları keçiriləcək
Aprelin 17-də Budapeştdə şahmat üzrə yaz festivalının sonuncu turunun oyunları keçiriləcək.

Növbəti turda Azərbaycan şahmatçıları Vüqar Əsədli polşalı Marcin Krzyuzanovski, Zaur Bayramov ispaniyalı Lance Henderson De La Fuente, Nail Bəşirli hindistanlı Bodda Pratyuşa ilə mübarizə aparacaqlar.

Ötən turda V.Əsədli Hindistan təmsilçisi Aryan Çopra ilə heç-heçə edib. Z.Bayramov polşalı Pyotr Nquyenə, N.Bəşirli isə hindistanlı Vuppala Prraneçə qalib gəlib.

Səkkiz turun nəticəsinə görə, Vüqar Əsədli 5,5, Zaur Bayramov 5, Nail Bəşirli isə 4,5 xal toplayıblar. Turnir cədvəlinə 6,5 xalla rusiyalı Artyom Timofeyev liderlik edir.

Yaz festivalında 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparır.

Xəbər 1219 dəfə oxundu.