Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov aprelin 18-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Gənclər Evində (Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbə üz ) başlanacaq.

Xəbər 970 dəfə oxundu.