Alpaqut Turan döyüş sənəti üzrə Gəncəbasar regional açıq birinciliyi keçilib
Tovuz rayon gənclər və idman idarəsinin və Azərbaycan Alpaqut Federasiyasının Gəncəbasar regional nümayəndəliyinin təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə Gəncəbasar regional açıq birinciliyi keçilib.

Alpaqut Turan döyüş sənətinin batur, caymaz və qurşaq sistemləri üzrə təşkil edilən birincilikdə federasiyanın Tovuz, Qazax, Ağstafa, Laçın və Şəmkir filiallarını təmsil edən yeddi komandanın heyətində 109 idmançı qüvvəsini sınayıb.

Yekun nəticələrə görə batur sistemi üzrə Şəmkir, caymazda Tovuz, qurşaq sistemi üzrə isə Qazax idmançıları birinci layiq görülüblər.

Sonda Tovuz rayon gənclər və idman idarəsi tərəfindən qaliblərə medal, diplom, komandalara isə kuboklar təqdim edilib.

Xəbər 688 dəfə oxundu.