Qol güləşi üzrə Bakı şəhər çempionatı yekunlaşıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına müvafiq olaraq Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında qol güləşi üzrə Bakı şəhər çempionatı keçirilib.

Çempionatın nəticələrinə görə, Sərdar Sadıqov (55 kq), Elşən Əliyev (60 kq), Şahin Novruzov (65 kq), İskəndər Mustafayev (70 kq), Məhəmmədrəsul İsmayılzadə (75 kq), Nurlan Yusubov (80 kq), Mirhabil Aslanlı (85 kq), Azad Devriçov (90 kq), Elşad Salmanlı (100 kq), Elşən İsmayılov (110 kq), Emin Rəhimov (110 kq-dan yuxarı) birinci yerə layiq görülüblər.

Qalib idmançılar diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

AZƏRTAC

Xəbər 747 dəfə oxundu.