Çin Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində qadın cüdoçularla təmsil olunacaq
Çin yığması mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində qadın cüdoçularla təmsil olunacaq.

Bakı tatamisində Çin yığmasının heyətində Hongjie Tian (57 kq), Jing Tang (63 kq) və Fei Çen (78 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, Fei Çen bu il Obervart şəhərində təşkil olunan Avropa kuboku və Parisdə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb. Yığmanın digər üzvü Jing Tang da Avropa kubokunun bürünc medalçısıdır. O, həmçinin aprelin əvvəlində baş tutan Antalya Qran-Prisində ikinci olub.

İndiyədək 54 ölkə (474 cüdoçu) Bakı turnirinə qatılacağını təsdiqləyib.

Xəbər 90 dəfə oxundu.