Çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığması ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz toplanış çərçivəsində aprelin 16-da, 18-də və 20-də Bakı Su İdmanı Sarayının ərazisindəki çimərlik futbolu meydançasında Ukrayna yığması ilə yoxlama oyunu keçirəcək.

Toplanışa Vaqif Şirinbəyov, Elçin Qasımov, Rüfət Məmmədov, Comərd Baxşəliyev, Elgiz Kərəmli, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Elşad Manafov, İlkin Haciyev, Rafiq Kərimov və Ruslan Poladov dəvət olunublar.

Xəbər 750 dəfə oxundu.