Antalyada qadın şahmatçılar arasında Avropa çempionatı davam edir
Aprelin 15-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının beşinci turunun oyunları keçiriləcək.

Ötən turu şahmatçılarımız Ülviyyə Fətəliyeva (3 xal), Günay Məmmədzadə (3 xal), Xanım Balacayeva (3 xal) və Zeynəb Məmmədyarova (2 xal) qələbə ilə başa vurublar. Digər təmsilçilərimiz Türkan Məmmədyarova (2,5 xal), Gülnar Məmmədova (2,5), Fidan Ağasiyeva (1, 5 xal) heç-heçə ediblər, Xəyalə Abdulla (2,5 xal), Gövhər Beydullayeva (1,5 xal) və Nərmin Söyünlü (1,5 xal) isə məğlub olublar.

Dörd turun nəticələrinə görə, rusiyalı şahmatçı Alina Kaşlinskaya 3,5 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

On bir turdan ibarət yarışda, ümumilikdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Ümumi mükafat fondu 60 min avro olan turnirə aprelin 21-də yekun vurulacaq.

Xəbər 707 dəfə oxundu.