Yeniyetmə və gənc samboçularımız Avropa birinciliyini 4 medalla başa vurublar
Şimali Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa birinciliyi başa çatıb.

Samboçularımız qitə birinciliyində dörd medal qazanıblar. Yeniyetmə idmançıların yarışında Sahib Babayev (48 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) qitə birinciliyinin bürünc medallarına sahib olublar. Gənclərin yarışında isə Mehman Mehdizadə (57 kq) və Vilayət Bayramov (62 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, ölkəmizi yeniyetmələr arasında səkkiz, gənclərin mübarizəsində isə dörd idmançı təmsil edib.

Xəbər 1953 dəfə oxundu.