ABF planları rəsmən açıqladı
London Yay Olimpiya Oyunlarına hazırlaşan boks üzrə milli komandamızın hazırlıq planı açıqlanıb. Azərbaycan Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, hazırda Bakıda təlim-məşq toplanışında olan boksçularımız mayın 14-də Minskə yola düşəcəklər. Yığmamız orada Liventsovun xatirə turnirində iştirak edəcək.
İyunda isə dünyanın ən güclü boks ölkələrindən olan Kuba millisinin şəhərimizə gələrək, komandamızla birgə toplanış keçməsi də nəzərdə tutulub:

14– 20 may – Beynəlxalq turnir (Minsk)
22–25 may – Fərdi məşqlər (aktiv istirahət)
26 may – 9 iyun – Təlim-məşq toplanışı. Beynəlxalq turnirə hazırlıq (Qəbələ və ya Zaqatala)
10–14 iyun – Bakıda beynəlxalq turnir. 4 komandanın iştirakı ilə (Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan)
15–19 iyun – Aktiv istirahət (fərdi)
20 iyun – 1 iyul – Azərbaycan – Kuba birgə təlim-məşq toplanışı.
2 iyul – 7 iyul – Ümumi Fiziki Hazırlıq - Xüsusi Fiziki Hazırlıq – Azərbaycan rayonlarının birində
8–19 iyul – Birgə məşqlər (Türkiyə, Özbəkistan və s)
20–24 iyul – Londona gediş
25 iyul – 13 avqust – Olimpiya oyunlarında iştirak

Xəbər 1122 dəfə oxundu.