Aykido üzrə respublika seminarında xarici ölkələrdən də idmançı və məşqçilər iştirak ediblər
Azərbaycan Aykido Federasiyasının (AAF) prezidenti Fərhad Ələsgərovun rəhbərliyi ilə respublika seminarı keçirilib.

AAF-dan bildiriblər ki, Azərbaycan Aykido Mərkəzində keçirilən seminara respublikanın bir çox bölgələrindən, o cümlədən Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkəran və Astaradan 150 idmançı və məşqçi qatılıb. Seminarda Azərbaycanla yanaşı, Çexiya, Rusiya, İraq və İrandan olan idmançı və məşqçilər də iştirak ediblər.

Seminarda Aykido barədə məlumat verən Fərhad Ələsgərov ölkəmizdə bu idman növünün inkişafından danışıb. O, Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək deyib ki, ölkəmizdə idman gündən-günə inkişaf edir, idmançılarımız beynəlxalq arenalarda böyük nailiyyətlər qazanırlar. Həmçinin ölkəmiz dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir.
Qeyd edək ki, seminar aprelin 14-də başa çatacaq.

Xəbər 667 dəfə oxundu.