Bu gün mas-reslinq üzrə Azərbaycan kubokuna start veriləcək
Olimpiya İdman Kompleksində böyüklər arasında mas-reslinq üzrə Azərbaycan kubokuna start veriləcək. Yarışlar Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Mas-reslinq Federasiyasının birgə təşəbbüsü ilə keçiriləcək.

Federasiyadan bildiriblər ki, yarışda 200-a yaxın idmançı iştirak edəcək.

Qeyd edək ki, yarışda qalib idmançılar iyunda Bakıda keçiriləcək Dünya kuboku yarışında iştirak etmək hüququ qazanacaqlar.

Xəbər 665 dəfə oxundu.