Sabiq dünya çempionu Vişvanatan Anand Vüqar Həşimov Şahmat Akademiyasında uşaqlar üçün seans keçirib
Ənənəvi “Shamkir Chess 2019” superturnirinin iştirakçısı, sabiq dünya çempionu Vişvanatan Anand Bakıda, Vüqar Həşimov Şahmat Akademiyasında olub.

Akademiyadakı şəraitlə tanış olan hindistanlı şahmatçı uşaqlar üçün seans keçirib. Sonda V.Anand akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Sabiq dünya çempionu Azərbaycanı tərk etməzdən əvvəl Fəxri xiyabanda Vüqar Həşimovun məzarını da ziyarət edib.

Vişvanatan Anand 2000-2002-ci illərdə şahmat üzrə dünya çempionu olub.

Xəbər 728 dəfə oxundu.