Avro-2012: Ukraynanın narahatçılığına əsas yoxdur
Avropa çempionatı hər halda, Ukrayna ərazisində keçiriləcək. İdman.com.az saytının məlumatına görə, UEFA bu ölkədə siyasi vəziyyətə görə ciddi narahatlıq keçirdiyinə baxmayaraq, matçların başqa yerdə keçirilməsi barədə söhbət getmir. Bu fikir Avro-2012-yə hazırlıq üzrə əlaqələndirmə qrupunun iclasında səslənib.

Həmin görüşdə yaxın vaxtlarda Dnepropetrovskda baş vermiş partlayışlar barədə də söhbət gedib. Bununla əlaqədar Ukrayna UEFA-nı əmin edib ki, turnir dövründə bütün iştirakçıların və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

UEFA-nın rəhbəri Mişel Platininin sədrliyi ilə İsveçrədə keçən iclasda ərazilərində çempionatın keçiriləcəyi Polşa və Ukrayna hökumətlərinin nümayəndələri, habelə Polşa və Ukrayna futbol assosiasiyalarının prezidentləri iştirak ediblər.
Avro-2012-nin ilk matçı iyunun 8-də Varşavada keçiriləcək.

Xəbər 931 dəfə oxundu.