Naftalanda atletika üzrə şəhər birinciliyinin qalibləri mükafatlandırılıb
Naftalan şəhərində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Aprel şəhidi kapitan Vaqif Bayramovun xatirəsinə həsr olunan atletika idman növü üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçirilib.

“Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı idman yarışı 2004-2005-ci və 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil edilib.

İlk olaraq şəhərin idman ictimaiyyətindən bir qrup nümayəndə şəhid Vaqif Bayramovun məzarını ziyarət edib, məzarı üstünə tər qərənfillər düzərək əziz xatirəsini anıblar.

Şəhər birinciliyində çıxış edənlər bildiriblər ki, yarışın keçirilməsində məqsəd kapitan Vaqif Bayramovun xatirəsini yad etmək, atletika idman növünə marağı artırmaq və istedadlı idmançıları aşkarlamaqdır.

Sonra yarışlara start verilib, qaliblər Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.


Xəbər 746 dəfə oxundu.