Beynəlxalq dərəcəli hakimlərimiz cüdo üzrə Avropa kuboku yarışlarını idarə ediblər
Cüdo üzrə İtaliyanın Liqnano şəhərində gənclər, Çexiyanın Teplice şəhərində yeniyetmələr arasında ötən həftəsonu keçirilmiş Avropa kuboku yarışında azərbaycanlı hakimlər də yarışı idarə edən ədalət təmsilçiləri arasında yer alıblar.

Beynəlxalq dərəcəli hakim Mətin Rəhimli Liqnano şəhərində keçirilən gənclər arasında Avropa kuboku yarışını idarə edib. Beynəlxalq dərəcəli hakimimiz Fariz Hüseynov isə Teplicedə keçirilən yeniyetmə cüdoçuların qitə kubokunda ədalət təmsilçisi olub.

Xəbər 792 dəfə oxundu.