Cüdo üzrə Macarıstan yığmasının Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb
Cüdo üzrə Macarıstan yığmasının mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.

Yarışda Macarıstanı kişilərin yarışında 5 çəki dərəcəsində 9 idmançı təmsil edəcək. Qadınlardan ibarət komanda isə Bakı turnirində tam heyətlə - 10 idmançı ilə mübarizə aparacaq.

İndiyədək 36 ölkə (298 cüdoçu) Bakı turnirinə qatılacağını təsdiqləyib.

Xəbər 78 dəfə oxundu.