Fateh Kavlak: “Avrokuboklara vəsiqə qazanmaq şanslarımız çox aşağıdır”
“Son iki turda da qələbə qazanıb mövsümü adımıza layiq şəkildə başa vurmağa çalışacağıq. Azərbaycan futbolunun çox gözəl bir mövsüm keçirdiyini söyləyə bilərik. Həyəcanlı çempionatın şahidi olduq, mübarizə sonadək davam edir”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Qəbələ” klubunun baş məşqçisi Fateh Kavlak deyib. Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlama verən türkiyəli mütəxəssis Unibank Premyer Liqanın son 2 turunda Avropa Liqasına vəsiqə uğrunda mübarizə haqda fikirlərini bildirib:

“Avrokuboklara vəsiqə qazanmaq şanslarımız çox aşağıdır. Son iki oyunda qələbə qazanıb 6 xal əldə etsək də, bu kifayət etmir, rəqiblərimiz də məğlub olmalıdır. Şansımız öz əlimizdə deyil. “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter”lə nisbətdə bizim şanlarımız daha azdır. Ancaq futbolda hər şey olur. “İnter”i məğlub etsəydik, hazırda şanslarımız daha yüksək olacaqdı. “Qarabağ” 1-2 tur öncə Avroliqaya ən çox şansı olan komanda idi. Ancaq indi vəziyyət başqadır. Yəni, futbolda nəyin necə olacağını bilmək olmaz”.

Xəbər 857 dəfə oxundu.