Yeniyetmə cüdoçulardan ibarət komandamız Avropa kubokunun qalibi olub
Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.

Beynəlxalq yarışın son günündə millimiz aktivinə daha bir medal yazdırıb. Belə ki, komandamızın üzvü Aytac Qardaşxanlı (57 kq) yalnız bir görüşdə uduzaraq bürünc medala sahib olub.

Qeyd edək ki, yarışların ilk günündə İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) isə bürünc medala sahib olublar.

Beləliklə, cüdoçularımız Avropa kuboku yarışında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında medalların həm əyarı, həm də sayına görə birinci yeri tutublar.

Millimizin baş məşqçisi Ramiz Ramizzadəyə yarışın baş kuboku təqdim olunub.

Xəbər 774 dəfə oxundu.