Gənc cüdoçumuz Avropa kubokunun qalibi olub
İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir.

Beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparırlar.

Turnirin ilk günündə milli komandamız aktivinə bir medal yazdırıb. Ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada italiyalı rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda qızıl medal qazanıb. 604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarış aprelin 7-də başa çatacaq.

Xəbər 82 dəfə oxundu.