Azərbaycan cüdoçusu Rüstəm Orucov Antalya Qran-Prisinin finalına yüksəlib
Azərbaycan cüdoçusu Rüstəm Orucov Antalyada keçirilən Qran-Pri yarışında uğurla mübarizə apararaq finala yüksəlib.

Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada idmançımızın rəqibi Koreya Respublikasının digər təmsilçisi Çanqrim An olacaq. Ç.An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibidir.

Qran-Prinin birinci günündə Gültac Məmmədəliyeva 52 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.

Xəbər 798 dəfə oxundu.