Muay-tay üzrə XI Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Aprelin 6-da Şağan Olimpiya İdman Kompleksində muay-tay üzrə XI Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) və Azərbaycan Muay-tay Federasiyasının (AMF) birgə təşkil etdiyi çempionatın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADFA-nın və AMF-in prezidenti Azər Həsənsoy mərasimdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində bu sahə ölkəmizdə sürətlə inkişaf edir. Sevindirici haldır ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərində də sürətli tərəqqi müşahidə olunur, nailiyyətlər artır. Azərbaycanda inkişafda olan idman növlərindən biri də muay-taydır. Respublika çempionatının keçirilməsi ölkəmizdə idmanın bu növünün kütləviliyinin artırılmasına mühüm töhfə verəcək.

Beynəlxalq Həvəskar Muay-tay Federasiyasının qaydalarına əsasən keçirilən çempionatda Quba, Şəki, Gəncə, Ucar, Bərdə və Şamaxıda, eləcə də paytaxt Bakıda fəaliyyət göstərən 30 klubdan 200-ə yaxın idmançı yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında qüvvələrini sınayacaqlar.

Ölkə birinciliyində fəxri kürsüdə yer alacaq idmançılar yığma komandanın heyətində beynəlxalq yarışlarda iştirak edəcəklər.

XI Azərbaycan çempionatına aprelin 7-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbə

Xəbər 759 dəfə oxundu.