Azərbaycan İslam Həmrəyliyi İdman Federasiyasının toplantılarında təmsil olunacaq
Aprelin 7-9-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası və Baş Assambleyanın növbədənkənar toplantısı keçiriləcək.

İclasda İHİF-in və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov iştirak edəcəklər.

Tədbir çərçivəsində aprelin 7-də İHİF İcraiyyə Komitəsinin iclası olacaq. Ertəsi gün başlayacaq növbədənkənar Baş Assambleyanın iclasında İHİF-in prezidenti vəzifəsinə seçkilər keçiriləcək.

Xəbər 1545 dəfə oxundu.