Azərbaycan-Estoniya oyununa hakim təyinatında dəyişiklik edilib
Aprelin 6-da qadın futbolçulardan ibarət Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatında dəyişiklik edilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Rza Məmmədov zədəli olduğuna görə, Gülyana Özcan köməkçi-hakim funksiyasını yerinə yetirəcək.

Matçın baş hakimi Əliyar Ağayev olacaq. Baş hakimə G.Özcan ilə yanaşı, Zeynal Zeynalov da kömək edəcək. Matçın dördüncü hakimi Yuliya Qurbanova olacaq.

Qeyd edək ki, komandalar arasında aprelin 3-də keçirilən ilk yoldaşlıq oyununda Estoniya millisi 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 755 dəfə oxundu.