Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək yoldaşlıq oyunlarının hakimləri açıqlanıb
Aprelin 3-də və 6-da qadın futbolçulardan ibarət Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, aprelin 3-də keçiriləcək matçın baş hakimi Rəhim Həsənov olacaq. Baş hakimin köməkçiləri funksiyasını Rza Məmmədov və Akif Əmirəli yerinə yetirəcəklər. Yuliya Qurbanova isə dördüncü hakim olacaq.

Aprelin 6-da təşkil olunacaq matça isə Əliyar Ağayev təyinat alıb. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulya Qurbanova yerinə yetirəcək.

Qeyd edək ki, hər iki oyun “Dalğa Arena”da keçiriləcək.

Xəbər 1468 dəfə oxundu.