İlk dəfə uduzdular
Yaponiyanın Kakamigahara şəhərində qadın otüstü hokkeyçilər arasında dünya olimpiya təsnifat yarışı davam edir. İdman.com.az saytının məlumatına görə, ilk 3 turda xal itirməyən Azərbaycan millisi ilk məğlubiyyətini alıb. Seçməmizi ev sahibləri məğlub ediblər. Hesabı matçın 6-cı dəqiqəsində yığmamız açsa da, bu bizim vurduğumuz yeganə qol olub. Turnirin favoriti olan yaponlar sonra 4 dəfə fərqlənməklə, qələbə qazanıblar (4:1).

Mayın 3-də - son turda Azərbaycan və Çili komandalarının oynayacağını nəzərə alsaq, artıq yaponlar finalda rəqiblərini gözləyir. Son mərhələdə onlarla qarşılaşmaq üçün isə yığmamıza uduzmamaq lazımdır. Çünki reqlamentə əsasən, ilk 2 pilləni tutacaq millilər bir daha oynayacaq və qalib gələcək komanda London-2012-yə vəsiqə qazanacaq.

O Q H M T X

1.Yaponiya 4 3 1 0 19-1 10
2.Azərbaycan 4 3 0 1 13-4 9
3.Çili 4 2 1 1 6-4 7
4.Belarus 3 1 1 1 5-6 4
5.Malayziya 4 0 1 3 3-16 1
6.Avstriya 3 0 0 2 0-15 0

Xəbər 1149 dəfə oxundu.