Boks üzrə Azərbaycan millisi Ukraynada keçirilən beynəlxalq turnirdə altı medala sahib olub
Xarkovda Sergey Danilçenkonun şərəfinə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.

Yeddi ölkənin təmsil olunduğu yarışı komandamız 6 medalla başa vurub.

Turnirdə 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov qızıl medala sahib olub. O, finalda ukraynalı Boqdan Roqoznıya 5:0 hesabı ilə qalib gəlib. Zaur Qəhrəmanov (48 kq) həlledici görüşdə Dmitri Molodana (Ukrayna) 2:3 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Digər boksçularımızdan Əli Ələsgərli (52 kq), Turğay Mirzəyev (57 kq), Rəmiş Cəfərov (75 kq) və Cəfər Heydərli (80 kq) yarışda üçüncü pillədə qərarlaşıblar.

AZƏRTAC

Xəbər 981 dəfə oxundu.