Stolüstü tennis üzrə Azərbaycan birinciliyi start götürüb
Aprelin 2-də stolüstü tennis üzrə 2004-cü il təvəllüdlü və daha aşağı yaşlı idmançılar arasında Azərbaycan birinciliyi start götürüb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, ölkə birinciliyinə respublikanın şəhər və rayonlarından 27 komanda qatılıb. Federasiyanın idman zalında keçirilən yarışlar aprelin 4-dək davam edəcək.

Xəbər 1132 dəfə oxundu.