U-21 Azərbaycan millisinin üzvü Çexiyanın gənclər liqasının ən məhsuldar futbolçusudur
Futbol üzrə U-21 Azərbaycan millisinin yarımmüdafiəçisi Fərid Nəbiyev çıxış etdiyi Çexiyanın gənclər liqasında ən məhsuldar futbolçu olub.

Bu ölkənin gənclər liqasında əsas mərhələnin ilk turunun oyununda F.Nəbiyevin formasını geydiyi “Slaviya” klubu səfərdə “Teplitse” komandasına 7 cavabsız qolla qalib gəlib. Görüşün 49-cu, 78-ci və 82-ci dəqiqələrində fərqlənərək het-trik edən Fərid Nəbiyev iki məhsuldar ötürmə verib. Bununla da cari mövsümdə “Slaviya”nın heyətində vurduğu qolların sayını 15-ə çatdıran yarımmüdafiəçi çempionatın ən məhsuldar futbolçusudur.

Xəbər 787 dəfə oxundu.