Futbol üzrə Azərbaycan çempionatının XXIII turunun oyunlarının vaxtı müəyyənləşib
Futbol üzrə Topaz Premyer Liqasının XXIII turunun oyunlarının vaxtı müəyyənləşib.

Aszport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, XXIII turun oyunları iki günü əhatə edəcək.

Tura aprelin 6-da saat 16:00-da “Kapital Bank Arena”da “Sumqayıt”–“Keşlə” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Neftçi”–“Zirə” oyunu isə saat 18:00-da başlayacaq. Qarşılaşma “Bakcell Arena”da keçiriləcək.

İkinci günün ilk oyunu aprelin 7-də Qəbələ şəhər stadionunda baş tutacaq. Saat 14:00-da təşkil olunacaq oyunda “Qəbələ” komandası “Qarabağ”ı qəbul edəcək. Tura “Əlincə Arena”da “Sabah” - “Səbail” oyunu ilə yekun vurulacaq. Həmin görüş 16:30-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Xəbər 829 dəfə oxundu.