Yubiley viktorinası
“İdman” qəzeti ilə “Bakı” klubunun birgə layihəsi

“İdman” qəzeti 80 illik yubileyi münasibətilə “Bakı” futbol klubu ilə birgə oxucular arasında keçirdiyi viktorinanı davam etdirir. Müsabiqənin dördüncü həftəsində 32 oxucumuzdan yalnız biri hər 3 suala doğru cavab verib. Beləliklə, yarışın şərtlərinə uyğun olaraq, ötən həftələri də nəzərə alsaq, 165 iştirakçıdan yalnız biri - Bakı şəhər sakini Rafiq İbrahimov hər dəfə bütün suallara düzgün cavab verib və yeganə qalib adını qazanıb. Onu «Bakı» futbol klubunun mükafatı təqdim olunacaq.
Qalibimizi təbrik edir və ona gələcəkdə də müvəffəqiyyətlər arzulayırıq.
Müsabiqə isə davam edir.

Qeyd edək ki, futbol mövsümü başa çatmaq üzrə olduğundan viktorinanın keçirilməsinə də may ayının sonunda fasilə veriləcək. Elə buna görə də «Bakı» futbol klubunun mükafatı uğrunda fəal olmağa dəyər. Qarşıdakı həftələrin qalibini daha bir maraqlı hədiyyə gözləyir.
Yarışın şərtləri belədir:

Qəzetimizin hər sayında “Bakı” futbol klubu ilə bağlı 3 (üç) sual dərc olunur. Ayın yekununa əsasən, suallara daha çox düzgün cavab verən iştirakçı qalib elan olunacaq.
Mükafatlar sahibinə Unibank Premyer Liqası və Azərbaycan kubokunun final oyunu başa çatdıqdan sonra, “Bakı” klubu tərəfindən təqdim olunacaq. Qalib haqqında “İdman” qəzetində, idman.com.az saytında və Bakı futbol klubunun rəsmi saytında (fcbaku.com) məlumat dərc ediləcək.
Qeyd: Suallara cavab vermək istəyən oxucular 434-57-32 və 510-53-10 saylı telefonlara həftəiçi hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-a qədər zəng edə və ya cavabı günün istənilən vaxtında idman-sport@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

Viktorinanın 5-ci həftəsinin sualları:
1. “Bakı” futbol klubunun Avrokuboklarda ən çox qol vuran futbolçusu kim olub?
2. “Bakı” futbol klubunun bu mövsümdə rəqib qapısından ən çox top keçirən futbolçusu kimdir?
3. “Bakı” futbol klubunun əsas heyətində hazırda çıxış edən ən gənc futbolçu kimdir?

Viktorinanın 4-cü həftəsinin sualları və cavabları:
1. “Bakı” futbol klubunun tarixində ən böyük hesablı qələbəsi hansı komanda ilə oyunda qeydə alınıb?
Cavab: “Bakı” futbol klubunun tarixində ən böyük hesablı qələbəsi Azərbaycan kuboku çərçivəsində keçirilmiş “Bakı”- “Qafqaz Universiteti ” oyununda qeydə alınıb. Bu matç 10:0 hesabı ilə yekunlaşıb.

2. “Bakı” futbol klubunun hansı futbolçusu 2009/2010-cu ilin ən yaxşı yarımmüdafiəçisi seçilib?
Cavab: Aleksandr Şoliç.

3. “Bakı” futbol klubunun Avropa kuboklarında ilk rəqibi olmuş “Jilina” klubu Azərbaycan təmsilçisi ilə səfər matçında hansı rəngli forma ilə meydana çıxmışdı?
Cavab: Sarı rəngli futbol geyimində.


Xəbər 811 dəfə oxundu.