Mas-reslinq üzrə Azərbaycan kuboku keçiriləcək
Aprelin 13-dən 15-dək Abşeron Olimpiya İdman Kompleksində böyüklər arasında mas-reslinq üzrə Azərbaycan kuboku və kadetlər arasında Bakı açıq birinciliyi keçiriləcək. Yarışlar Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Mas-reslinq Federasiyasının birgə təşəbbüsü ilə keçiriləcək.

Yarışda 200-a yaxın idmançı iştirak edəcək.

Qeyd edək ki, yarışda mükafat qazanan idmançılar iyun ayında Bakıda keçiriləcək Dünya kuboku yarışında iştirak etmək üçün vəsiqə qazanacaqlar.

AZƏRTAC

Xəbər 690 dəfə oxundu.