Bu gün “Shamkir Chess 2019” superturnirində birinci turun partiyaları oynanılacaq
Martın 31-də tanınmış şahmatçı, mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin birinci turnirinin partiyaları oynanılacaq.

Birinci turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuk ilə görüşəcək.

Digər partiyalarda isə Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalov, rusiyalı Sergey Karyakin çinli Dinq Liren, Vişvanatan Anand (Hindistan) isə Çexiya təmsilçisi David Navara ilə qarşılaşacaqlar.

Doqquz turdan ibarət “Shamkir Chess 2019” superturnirinə aprelin 9-da yekun vurulacaq.

Xəbər 751 dəfə oxundu.