Ağır atletika üzrə yığma komandalara məşqçilərin təyinatı olub
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib. Mərasimdə ağır atletika üzrə yığma komandaların məşqçiləri də iştirak edib.

İclasda qəbul edilən qərarlara əsasən, ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi postuna Oktay Muxtarov, qadınlardan ibarət yığma komandanın baş məşqçisi postuna isə Sərdar Həsənov təyin edilib.

Xəbər 860 dəfə oxundu.