Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib
Azərbaycan karateçisi Rafael Ağayev İspaniyanın Qvadalaxara şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayevfinala gedən yolda Yusid Sulyiçi (Bosniya və Herseqovina), Bekim Başanı (Albaniya), Elhami Şabanini (Kosovo) və Stanislav Horunanı (Ukrayna) mübarizədən kənarlaşdırıb. O, həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək.

Qeyd edək ki, final qarşılaşması martın 30-da keçiriləcək.

Xəbər 648 dəfə oxundu.