Futzal üzrə Azərbaycan millisi Kipr yığması ilə qarşılaşıb
Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası Kiprlə qarşılaşıb.

Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyunda rəqib 7:1 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Hüseyn Qarayev fərqlənib.

Qrupda keçirilmiş digər oyunda isə Hollandiya futzalçıları Sloveniya yığmasını məğlub ediblər - 5:4.

Yığmamız qrupda növbəti oyununu martın 28-də Hollandiya komandasına qarşı keçirəcək. Oyunu Damian Jaruçieviç (Polşa), Marko Rothenfluh (İsveçrə) və Yuri Neverov (Rusiya) idarə edəcəklər.

Xəbər 747 dəfə oxundu.