Cüdo üzrə beynəlxalq turnir
Bakı Şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq, Şağan Olimpiya İdman Kompleksində "İdman ili" -nə həsr olunmuş cüdo üzrə II Qafqaz oyunları beynəlxalq turniri keçirilib. Yeniyetmələr arasında (1998-1999-cu illər) keçirilən yarışda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya və Gürcüstandan gələn idmançılar da iştirak ediblər.
Turnirdə 143 idmançı 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, +66kq çəki dərəcələrində mübarizə aparıb.
Yarışda Rəşad Baxışəliyev (30 kq, “Turan” İK), Seymur Məhərrəmov (34 kq, “Kanokan-TT” İK), Nurlan Osmanov (38 kq, RKİM), Ceyhun Hüseynov (42 kq, RKİM), Şamil Fətəliyev (46 kq, “Kanokan-TT” İK), Cəlal Hüseynov (50 kq, RKİM), Kənan Quluzadə (55 kq, RKİM), Abdullayev Elvar (60 kq, “DİN” İC), Nahid Əmənov (66 kq, RKİM), Zeynalov Altun (+66 kq, “Turan” İK) birinci yerlərə layiq görülüblər. Komanda hesabında isə Respublika Kompleks İdman Məktəbi ilk yeri tutub.

Xəbər 1575 dəfə oxundu.