Stolüstü tennis üzrə liqa çempionatı keçiriləcək
Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə klub və həvəskar komandalar arasında liqa çempionatı keçiriləcək.

Liqanın beşinci turuna martın 30-da federasiyanın idman zalında start veriləcək. Pilot layihə olan liqa çempionatı klub sisteminin inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

AZƏRTAC

Xəbər 865 dəfə oxundu.