Azərbaycan-Hollandiya oyununun hakimləri müəyyənləşib
On doqquz yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil edilən Avropa çempionatının əsas mərhələsində Azərbaycan və Hollandiya yığmalarının iştirakı ilə martın 28-də keçiriləcək oyunun hakimləri açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Sloveniyanın Podçetrtek İdman Sarayında keçiriləcək oyunu Damian Jaruçieviç (Polşa), Marko Rothenfluh (İsveçrə) və Yuri Neverov (Rusiya) idarə edəcəklər.

Xəbər 781 dəfə oxundu.