İdman gimnastlarımız Qətərdə güclərini sınayıblar
Qətərin paytaxtı Dohada idman gimnastikası üzrə dünya kuboku yarışları keçirilib. “Tokio 2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakterli ilin sonuncu kubok yarışında Azərbaycanın qadın və kişi təmsilçiləri də mübarizə aparıblar.

Gimnastlarımızdan ən yaxşı nəticə qadın idmançımız Marina Nekrasovaya aid olub. Belə ki, dayaqlı tullanma hərəkətlərində M.Nekrasova altıncı yerdən finala vəsiqə qazanıb. Yekun mərhələdə isə hakimlərdən 13,216 xal alan gimnastımız yarışları 8-ci yerdə başa vurub.

Xəbər 814 dəfə oxundu.