Tbilisi Qran-Prisində Azərbaycanı 14 cüdoçu təmsil edəcək
Martın 29-dan 31-dək Tbilisidə qadın və kişi cüdoçular arasında Qran-Pri turniri keçiriləcək.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, ölkəmizi yarışda 9 kişi və 5 qadın cüdoçu təmsil edəcək.

Kişilərin yarışında Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), İlkin Babazadə, İsmayıl Əliyev (hər ikisi 65 kq), Fəqan Quluzadə, Afiq Səfərli (hər ikisi 81 kq), Əblülhaqq Rəsullu, (90 kq), Aliumar Tumayev (90 kq), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq) yarışacaqlar.

Yarışda 58 ölkədən 500-dən artıq cüdoçunun iştirakı nəzərdə tutulub.

Xəbər 1069 dəfə oxundu.