Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib
Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
Bədii gimnastımız Fransada iki medal qazanıb.

Turnirdə ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.

Gənclərin yarışında A.Cəlilova lent və gürzlərlə çıxışı ilə fərqlənərək, millimizin hesabına iki bürünc medal yazdırıb. Gimnastımız iplə çıxışına görə altıncı olub. N.Bayramova isə topla beşinci yerdə qərarlaşıb.

Böyüklərin mübarizəsində isə V.Qudis top ilə yarışı 6-cı, D. Sorokina isə gürzlərlə 7-ci yerdə başa vurublar.

Xəbər 743 dəfə oxundu.