Futzalçılarımız Kipr yığması ilə qarşılaşacaqlar
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.

Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Kipr futzalçıları ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu Marko Rothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Jaruçieviçdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.

Xəbər 754 dəfə oxundu.