Kikboksçumuz Almaniyada qələbə qazanıb | |
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub. Qarışıq döyüş növləri (MMA) və K-1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə X.Əhmədov Almaniya kikboksçu, məşhur “Nubia Sports” klubunun yetirməsi Kevin Herşlaqla qarşılaşıb. Azərbaycanı təmsil edən “Tank” ləqəbli kikboksçumuz 5 raundluq döyüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq Azərbaycan bayrağını qaldırıb. İdmançımız ötən il keçirilmiş turnirdə də məhz almaniyalı kikboksçu üzərində qələbə qazanmışdı. |
|
Xəbər 1163 dəfə oxundu. |
|
|