Paralimpiyaçımız “Tokio 2020”-yə lisenziya qazanmaq şansını artırıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin qılıncoynadanı Aytəkin Həsənova İtaliyanın Pisa şəhərində keçirilən dünya kuboku yarışlarında iştirak edib.

“Tokio 2020” Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandıran turnirdə təmsilçimiz baş məşqçi Asəf Məlikovun rəhbərliyi ilə qılıncoynatmanın hər 3 növündə gücünü sınayıb. Dörd reytinq xalı qazanan idmançımız Paralimpiya Oyunlarına lisenziya əldə etmək şansını artırıb.

Xatırladaq ki, 2020-ci il mayın 31-də açıqlanacaq reytinq cədvəlində ilk 25 yeri tutan idmançılar “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Xəbər 760 dəfə oxundu.